EN

Azərbaycanın basketbol millisi Avropa çempionatının seçmə mərhələsində bu gün mübarizəyə başlayır

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində bu gün mübarizəyə başlayacaq.

“İki sahil” xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv E qrupundakı ilk oyununda Bolqarıstanla üz-üzə gələcək.

Bakı İdman Sarayındakı qarşılaşma saat 15:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan komandası noyabrın 15-də Monteneqronu qəbul edəcək.

Chosen
9
7
ikisahil.az

9Sources