EN

Niko Uilyams Türkiyə ilə oyun ərəfəsi İspaniya millisindən kənarlaşdırılıb

“Atletik”(Bilbao) klubunun və İspaniya millisinin hücumçusu Niko Uilyams Gürcüstan və Türkiyə ilə oyun ərəfəsində zədələnib.

İdman.Biz xəbər verir ki, bu barədə insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında məlumat verib.

Mənbə iddia edir ki, 23 yaşlı hücumçu tam formada olmadığı üçün İspaniya millisinin heyətindən kənarda qalıb.

Qeyd edək ki, İspaniya millisi noyabrın 15-də səfərdə Gürcüstan, 18-də isə ev matçında Türkiyə seçməsi ilə oynayacaq.

İdman.Biz

Məqalədə:
Chosen
23
1
idman.biz

2Sources