EN

Azərbaycan klubu Çelenc Kubokunda ilk matçına bu gün çıxacaq

Azərbaycanın kişi voleybolçulardan ibarət "Xilasedici" komandası Çelenc Kubokunda ilk matçını keçirəcək. SİA xəbər verir ki, Bakı təmsilçisi 1/32 final mərhələsində Rumıniyada "Styaua" kollektivinin qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü noyabrın 20-də Bakıda, Fövqəladə Hallar Nazirliyinin idman zalında, saat 18:00-da başlayacaq.

Chosen
51
1
sia.az

5Sources