“Napoli”nin prezidenti Aurelino De Laurentis baş məşqçi Antonio Konteni komandada saxlamaq üçün qış transferlərinə azı 50 milyon avro ayıracaq.
Publika.az xəbər verir ki, bu barədə "Sportmediaset" məlumat yayıb.
Noyabrın 10-da jurnalist Matteo Moretto 56 yaşlı italiyalı mütəxəssisin klub rəhbərliyi ilə görüşəcəyini və burada onun mümkün istefasının müzakirə olunacağını bildirmişdi.
11 turdan sonra “Napoli” 22 xalla A Seriyasının turnir cədvəlində 4-cü yerdə qərarlaşıb.