EN

İslam Oyunları: İdmançılarımız 6 növdə mübarizə aparacaqlar

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan təmsilçiləri bu gün 6 idman növündə çıxış edəcəklər.

Apasport.az xəbər verir ki, idmançılarımız karate, stolüstü tennis, muaytay, ağırlıqqaldırma, voleybol və üzgüçülükdə qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, Azərbaycanı VI İslam Həmrəyliyi Oyunlarında 20 idman növündə 179 idmançı təmsil edir. Ümumilikdə isə 57 ölkə 23 növdə medallar uğrunda mübarizə aparır.

Oyunların bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.

Azərbaycan - İslandiya oyununun hakimləri müəyyənləşib

Ayxan Abbasov jurnalistlərin suallarını cavablandıracaq

Koxalski Polşa yığmasına çağırılıb

İslamiada: İdmançılarımız bu gün beş növdə mübarizə aparacaqlar

Mərc qalmaqalı: Azərbaycan millisinin üzvü barədə cinayət işi açılıb - Rəsmi

Chosen
41
24
apasport.az

10Sources