EN

Messi “Barselona”ya qayıtmaq istəyir

Dünya çempionu Argentina yığmasının və Amerikanın “İnter Mayami” komandasının 38 yaşlı hücumçusu Lionel Messi geri dönərək Barselonada yaşamaq istəyir.

Vətəninfo.az  xəbər verir ki, Messi “Barselona üçün çox darıxırdığını bildirib: “Uşaqlarım və həyat yoldaşımla burada baş verən hadisələri daim müzakirə edirik. Biz qayıdıb evimiz olan Barselonada yaşamaq istəyirik. Bütün imkanlar var və bunu istəyirik”.

Messi 2003-cü ildən 2021-ci ilə kimi “Barselona”da çıxış edib, 778 matçda 672 qol vurub, 303 məhsuldar ötürmə edib, 10 qat İspaniya çempionu, 7 qat kubokun qalibi və 4 dəfə Çempionlar Liqasının qalibi olub.

Chosen
16
veteninfo.az

1Sources