EN

"Qarabağ" 17 pillə irəlilədi - REYTİNQ

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların noyabr ayı üçün dünya reytinqini açıqlayıb.

Fanat.Az xəbər verir ki, 502 komandanın daxil olduğu siyahıda Azərbaycanın 4 təmsilçisi yer alıb.

Bunlar son avrokubok təmsilçilərimiz "Qarabağ", "Zirə", "Sabah" və "Araz-Naxçıvan"dır. 

Siyahıda 17 pillə irəliləyən "Qarabağ" (192,25 xal) 65-ci yerdə qərarlaşıb.

"Sabah" 20 pillə geriləyərək 276-ya, "Zirə" 407-dən 387-yə, "Araz-Naxçıvan" isə 1 sıra irəliləyərək 390-na yüksəlib.

Qeyd edək ki, dünya reytinqinə Fransanın PSJ klubu (567 xal) başçılıq edir.

Chosen
14
1
fanat.az

2Sources