EN

Deşam DÇ 2026 dan sonra hansı kluba rəhbərlik edəcək?

ain.az bildirir, Qol.az portalına istinadən.

Futbol üzrə Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-dan sonra Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna rəhbərlik edə bilər. 

QOL.az xəbər verir ki, bu barədə Fransanın “L’Equipe” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, hazırda “Əl-İttihad”ı çalışdıran Serjio Konseysao zəif nəticələr səbəbindən istefaya göndəriləcək. Komanda hazırda çempionatda 8-ci pillədə qərarlaşıb. Klub rəhbərliyi artıq fransalı mütəxəssisə rəsmi təklif göndərib.

Deşam isə hələlik cavab verməyə tələsmir və diqqətini dünya çempionatına hazırlığa yönəldib.

Qeyd edək ki, Deşam bir müddət əvvəl mundialdan sonra Fransa yığmasından ayrılmaq istədiyini açıqlamışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
7
1
qol.az

2Sources