BAKI, 12 noyabr. TELEQRAF
Gürcüstan ərazisində qəzaya uğrayan C-130 tipli hərbi-nəqliyyat təyyarəsində olan 20 hərbi qulluqçu həyatını itirib.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Müdafiə Nazirliyi açıqlayıb.
Xatırladaq ki, Azərbaycanın ərazisindən Türkiyəyə uçmaq üçün havaya qalxan hərbi təyyarə ötən gün Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında qəzaya uğrayıb. Hadisə ilə bağlı xilasetmə və araşdırma işləri davam etdirilir.
Qəzanın səbəbləri ilə bağlı araşdırma qrupu fəaliyyətini davam etdirir.