EN

Türkiyə hərbi təyyarəsinin qəzaya uğramasına dair yeni versiya

BAKI, 12 noyabr. TELEQRAF.

Azərbaycan hərbi hava limanından havalanan və Türkiyəyə istiqamətlənən C130 tipli hərbi-nəqliyyat təyyarəsinin Gürcüstanda qəzaya uğraması ilə bağlı yeni versiya açıqlayıb.

Teleqraf xəbər verir ki, hadisə ilə bağlı keçmiş C130 pilotu Bülent Boralı “A Haber” telekanalına müsahibəsində qəzanın mümkün səbəblərini dəyərləndirib.

Onun sözlərinə görə, təyyarənin mühərrikləri işlək vəziyyətdə olub və partlayış izləri müşahidə edilməyib. Qəza görüntülərində yalnız yanacaq sızmasından yaranan tüstü görünür.

“Konstruksiya materialının yorğunluğu istisna edilmir. Sivil aviasiyada bu səbəbdən çoxsaylı qəzalar yaşanıb. Videolarda təyyarənin quyruq hissəsinin ayrıldığı görünür, başqa bir obyektlə toqquşma əlaməti yoxdur. Hər bir təyyarənin müəyyən gövdə ömrü var və texniki baxışlar zamanı bu, diqqətlə yoxlanılır. Amma söhbət 1950-ci illərdə istehsal edilmiş modeldən gedir,” - ekspert deyib.

Boralı əlavə edib ki, C130-lar çox etibarlı və təhlükəsiz uçuş üçün nəzərdə tutulub, buna görə qəzanın baş verməsi ciddi təəssüf doğurur.

Türkiyənin Müdafiə Nazirliyi Azərbaycanın hərbi hava limanından havalanan və Türkiyəyə istiqamətlənən C130 tipli hərbi-nəqliyyat təyyarəsinin Gürcüstanda qəzaya uğradığını açıqlayıb. Nazirliyin məlumatına görə, təyyarədə 20 nəfər heyət üzvü olub.

Chosen
37
teleqraf.com

1Sources