EN

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycan Konstitusiyası Günüdür

Musavat.com xəbər verir ki, bu gün — 12 noyabr Azərbaycan Respublikasının əsas qanununun – Konstitusiyasının qəbul edildiyi gündür.

Ölkənin əsas qanunu 30 il əvvəl, 1995-ci il noyabrın 12-də ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu sənəd Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra qəbul edilən ilk Konstitusiya olub.

Azərbaycan dövlətinin ilk Konstitusiyası hələ 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilmişdi. Daha sonra 1925 və 1978-ci illərdə SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyalar təsdiqlənmişdi.

Müstəqillik dövründə isə 1994-cü ildə Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası yaradılıb və layihə bir il sonra ümumxalq müzakirəsinə təqdim edilib. 1995-ci il noyabrın 12-də keçirilən referendumla Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul olunub.

Hazırkı Konstitusiya 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir. Sənədə 2002, 2009 və 2016-cı illərdə referendum yolu ilə əlavə və dəyişikliklər edilib.

1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin imzaladığı sərəncamla 12 noyabr “Konstitusiya Günü” elan olunub.

Chosen
35
10
musavat.com

10Sources