EN

“Keçən il qolun, ayaqların gəmirmişdi, bu dəfə şah damarın” Video

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Xəbər verdiyimiz kimi, Balakəndə çoban iti 83 yaşlı kişini parçalayaraq öldürüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Mahamalar kəndində baş verib. 

1942-ci il təvəllüdlü Məhəmməd Atayev kəndlərinin yaxınlığında yerləşən fermanın qarşısından keçərkən, fermada nəzarətsiz qalan çoban iti ona hücum edib.

Mərhumun oğlunun sözlərinə görə, ötən il də eyni it atasına hücum edib, ona xəsarətlər yetiribmiş:

“Zəng elədilər ki, atanız fermadadır. Mən çatanda gördüm ki, rəhmətə gedib. Keçən il, qolun, ayaqların gəmirmişdi. Bu dəfə boynun, şah damarın”.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
23
3
qafqazinfo.az

4Sources