EN

Gəncədə aerobika gimnastikası üzrə Avropa çempionatına yekun vuruldu

Gəncədə 15 yaşadək aerobika gimnastları arasında Avropa çempionatına yekun vurulub.

Fanat.Az xəbər verir ki, Gəncə İdman Sarayında 3 gün davam edən yarışda 20 ölkədən 380 gimnast iştirak edərək qitə birinciliyi uğrunda mübarizə aparıb.

Yarışın birinci və ikinci günlərində gimnastlar fərdi, üçlük, qrup, qarışıq cütlük və "aerodans" proqramlarında təsnifat mərhələsində çıxış ediblər. Yarışın ikinci günündə, həmçinin komanda hesabında mükafatlandırma mərasimi baş tutub.

Sonuncu yarış günündə isə idmançılar final mərhələsində çıxış edərək Avropa çempionu adını qazanıblar.

Chosen
22
fanat.az

1Sources