EN

Putin Tokayevi çay içməyə dəvət etdi

Sherg.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiya Prezidenti Vladimir Putin qazaxıstanlı həmkarı Qasım-Jomart Tokayevi çay içməyə dəvət edib.

Teleqraf xəbər verir ki, Moskvada səfərdə olan Qazaxıstan Prezidenti Putinin təklifini dəstəkləyib.

"Bizim iki hissəmiz var. İndi qeyri-rəsmi şəraitdə nahar edəcəyik, sonra sizi öz yerimə dəvət etmək istərdim, orada oturub çay və ya qəhvə içəcəyik", - Putin deyib.

Tokayev noyabrın 11-də Moskvaya rəsmi səfər edib. O, noyabrın 12-dək Rusiyada qalacaq.

Səfər zamanı Rusiya-Qazaxıstan strateji tərəfdaşlığının, siyasi, ticarət-iqtisadi, mədəni və humanitar sahələrdə müttəfiqlik əlaqələrinin inkişafı ilə bağlı müzakirələr aparılacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
6
1
sherg.az

2Sources