EN

Azərbaycan FHN Gürcüstanla təmasda: hərbi yük təyyarəsi qəzası ilə bağlı dəstək hazırdır

Dogru.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar Azərbaycanın Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Gürcüstanın daxili işlər naziri Gela Geladze ilə telefon danışığı aparıb.

Doğru.az xəbər verir ki, söhbət zamanı baş vermiş faciə və mövcud vəziyyət müzakirə olunub. Nazir K.Heydərov Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin axtarış-xilasetmə əməliyyatına dərhal qoşulmağa və digər müvafiq dəstək tədbirlərini həyata keçirməyə hazır olduğunu bildirib.

Gürcüstanlı nazir G.Geladze təşəkkürünü ifadə edərək, hər hansı ehtiyac yaranacağı halda sərhəddə hazır vəziyyətdə gözləyən Azərbaycan FHN-in xilasetmə qüvvələrinin əməliyyatlara cəlb ediləcəyini qeyd edib.

Qeyd edək ki, iki qurum arasında təmaslar davam edir.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
19
8
dogru.az

10Sources