EN

Hamiltonda Zəfər Günü münasibətilə konsert təşkil edilib (FOTO)

Bakı. Trend:

Kanadanın Hamilton şəhərində Azərbaycanın Vətən müharibəsindəqazandığı şanlı Zəfərin 5 illiyinə həsr olunan konsert proqramıtəşkil edilib. Konsert Azərbaycan Respublikasının Diasporla İş üzrəDövlət Komitəsinin dəstəyi, Hamilton Azərbaycan Cəmiyyətinintəşkilatçılığı ilə baş tutub.

Trend xəbər verirki, bu barədə Azərbaycan Respublikasının Diasporla İş üzrə DövlətKomitəsi məlumat yayıb.

Konsert öncəsi qonaqlar Azərbaycanın görkəmli bəstəkarlarınınportretləri və onlar haqqında məlumat stendləri ilə tanış olublar.Azərbaycan milli musiqi alətləri – tar, kamança və qaval haqqındaməlumat verilib, maarifləndirici broşürlər paylanıb. Hamiltondafəaliyyət göstərən dekorator Nərmin Məmmədovanın təşəbbüsü iləyaradılan, Azərbaycan milli ruhunu əks etdirən guşələrdə milligeyim nümunələri, xalq sənətinə aid bəzək əşyaları və ölkəmizintarixinə dair ekspozisiyalar böyük maraqla qarşılanıb.

Konsert Azərbaycan Respublikasının və Kanadanın Dövləthimnlərinin səsləndirilməsi ilə başlayıb.

Koreya, Çin, Pakistan, Kanada, İsrail, Suriya, Ukrayna, Rusiyavə digər ölkələrdən olan uşaqlar Azərbaycan musiqilərini böyüksevgi ilə ifa ediblər. “Lirik vals”, “Sarı Gəlin”, “Sevgili Canan”və “Ay Laçın” kimi əsərlərin səsləndirilməsi alqışlarla qarşılanıb.Konsertin yadda qalan anlarından biri “ENANA” Balet Akademiyasınınüzvlərinin bəstəkar Qara Qarayevin “Yeddi Gözəl” baletindən“Slavyan gözəli” obrazını canlandırması olub. Ardınca həminbaletdən Vals kompozisiyasının təqdimatı maraqla qarşılanıb.

Konsertdə iştirakçılara, həmçinin 9 Noyabr – Dövlət Bayrağı Günübarədə məlumatlar verilib.
Proqramın bədii rəhbəri Şəbnəm Sevinc uşaqlara sertifikatlar vəhədiyyə kartları təqdim edib.

Tədbir Müslüm Maqomayevin “Azərbaycan” mahnısının sədaları iləyekunlaşıb.

Hamiltonda
Hamiltonda
Hamiltonda
Hamiltonda
Hamiltonda
Hamiltonda
Hamiltonda
Hamiltonda
Hamiltonda
Hamiltonda
Hamiltonda
Hamiltonda
Hamiltonda
Hamiltonda
Chosen
44
2
az.trend.az

4Sources