EN

Ronaldo sonuncu dəfə hansı oyunda oynayacağını açıqladı

Unikal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Beşqat "Qızıl top" mükafatçısı Kriştiano Ronaldo sonuncu oyununun hansı olacağını açıqlayıb.

"Unikal" xəbər verir ki, portuqaliyalı futbolçu Kanada, Meksika və ABŞ-də keçiriləcək 2026-cı il Dünya Kubokunun onun üçün sonuncu olacağını bildirib.

"Bəli, bu doğrudur, çünki mənim 41 yaşım olacaq. Dediyim kimi, sadəcə bu andan zövq alıram", - portuqaliyalı hücumçu qarşıdan gələn Dünya Kubokunun onun üçün sonuncu olub-olmayacağı ilə bağlı sualı cavablandırarkən deyib.

Qeyd edək ki, 2026-cı il Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində keçiriləcək. Turnirdə ilk dəfə 48 milli komanda iştirak edəcək və üç ölkədə keçiriləcək ilk turnir olacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
33
2
unikal.az

3Sources