EN

Azərbaycanın iki muaytayçısı İslamiadanın 1/4 finalına yüksəldi

Azərbaycanın iki muaytayçısı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının 1/4 final mərhələsinə yüksəlib.

Fanat.Az xəbər verir ki, milli üzvləri 1/8 final döyüşlərini qələbə ilə başa vurublar.

60-65 kq çəki dərəcəsində Xəyal Əliyev Hüsnü Fəhmi Sayedi (Misir) nokautla məğlub edib.

65–70 kq çəki dərəcəsində isə Səlahəddin Qocazadə Aiham Ahmed Abdo Alawadhi (Yəmən) üzərində birinci raundda texniki nakautla qələbə qazanaraq 1/4 finala adlayıb.

Chosen
32
fanat.az

1Sources