EN

Ekipaj nasazlıqla bağlı Gürcüstan rəsmilərini məlumatlandırmağa cəhd edib, lakin...

Göyərtəsində 20 nəfər hərbçinin olduğu Türkiyəyə məxsus C-130 tipli hərbi təyyarə Gürcüstan ərazisində qəzaya düşüb.

“İki sahil” “A haber”ə istinadla xəbər verir ki, bu gün Türkiyə vaxtı ilə səhər saat 09:50-də Trabzondan havaya qalxan təyyarə saat 11:06-da Gəncəyə enib.

Planlaşdırılmış prosedurlara uyğun olaraq, təyyarə saat 13:20-də Türkiyəyə geri dönüş reysi üçün yenidən Gəncədən havaya qalxıb.

Lakin havaya qalxdıqdan 27 dəqiqə sonra təyyarə ilə əlaqə kəsilib və radar siqnalı itib.

Gürcüstan KİV-də yer alan ehtimallara görə, ekipaj nasazlıqla bağlı Gürcüstan rəsmilərini məlumatlandırmağa cəhd edib lakin naviqasiya GPS sistemində ciddi problemlər yarandığı üçün bunu edə bilməyib.

Chosen
23
33
ikisahil.az

10Sources