Türkiyənin Diyarbəkir vilayətinin Kulp rayonunda körpü tikintisi zamanı körpünün bir hissəsi çöküb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər isə ağır yaralanıb.
Hazırda dağıntılar altında qalan digər işçiləri xilas etmək üçün genişmiqyaslı əməliyyat işləri davam etdirilir.
Faktla bağlı araşdırma başlayıb.