Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və Azərbaycanın Baş naziri Əli Əsədov arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, bu barədə C.Yılmaz "X" hesabında yazıb.
MÖVZU İLƏ BAĞLI:
Türkiyə hərbi yük təyyarəsinin qəzaya uğraması ilə bağlı RƏSMİ AÇIQLAMA
“Azərbaycan Baş naziri cənab Əli Əsədov, ölkəmizə qayıdarkən Gürcüstan ərazisində qəzaya uğramış hərbi yük təyyarəmizlə bağlı həmrəylik və başsağlığı mesajlarını çatdırmaq üçün bizə zəng edib.
Keçirilən telefon danışığında, qardaş Azərbaycan ölkəsinin prosesi yaxından izlədiyini və güclü həmrəylik nümayiş etdirdiyini bildiriblər.
Cənab Əsədova, qardaş Azərbaycan xalqı adından verdikləri başsağlığı və göstərdikləri səmimi həmrəylik üçün təşəkkür edirəm.
Allah şəhidlərimizə rəhmət eləsin”, - paylaşımda qeyd edilib.

Bizim.Media