EN

Elvin Cəfərquliyev Azərbaycan millisinin heyətindən çıxarıldı - SƏBƏB

Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Fanat.Az xəbər verir ki, millimizin futbolçusu Elvin Cəfərquliyev yüksək bədən temperaturu səbəbindən heyətdən çıxarılıb.

Qeyd edək ki, komandamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 13-də 8-ci km qəsəbə stadionunda İslandiya, noyabrın 16-da isə Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa yığması ilə qarşılaşacaq.

Chosen
68
23
fanat.az

10Sources