EN

Karlos Alkaras ATP Yekun çempionatında ikinci görüşündə qalib gəlib

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Altıqat “Böyük Dəbilqə” qalibi və dünyanın birinci raketkası ispaniyalı Karlos Alkaras, İtaliyanın Turin şəhərində keçirilən ATP Yekun çempionatının qrup mərhələsində gərgin keçən oyunda amerikalı altıncı raketka Teylor Fritsi məğlub edib.

İdman.Biz bildirir ki, qarşılaşma iki saat 50 dəqiqə davam edib və 6:7, 7:5, 6:3 hesabı ilə Alkarazın xeyrinə başa çatıb.

Alkaras və Frits turnirdə Cimmi Konnorsun qrupunu təmsil edirlər. Bu, Karlosun qrup mərhələsindəki ikinci qələbəsidir və o, öz qrupunda liderliyi ələ keçirib.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
36
1
icma.az

2Sources