EN

Dövlət Bağçalı Bəxtiyar Vahabzadənin şeirini dedi

“Azərbaycanla Türkiyə bütün qaranlıq ssenariləri və məkrli lobbilərin oyunlarını birgə pozacaq”.

Sitat.info xəbər verir ki, bunu Azərbaycan-Türkiyə münasibətlərinin mövcud vəziyyətini dəyərləndirən Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı deyib:

“Qarabağ 30 il boyunca əsarətin və zülmün kölgəsində qalmışdı. Azərbaycanın vətən torpaqları onillərlə matəmə bürünmüşdü. 5 il əvvəl baş tutan 44 günlük Vətən müharibəsindən sonra ədalət yerini tapdı, Qarabağ əsl və əbədi sahibi ilə bir daha ayrılmamaq üzrə birləşdi.Bu münasibətlə Azərbaycan xalqının 8 Noyabr Zəfər Gününü, eyni zamanda 9 Noyabr Dövlət Bayrağı Gününü ürəkdən təbrik edir, can Azərbaycanı və Böyük Türk Millətinin şərəfli övladlarını hörmətlə salamlayıram. Qarabağın azadlığı uğrunda qəhrəmancasına mübarizə apararkən bir hilal uğruna torpağa qovuşan əziz şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə uzun və sağlam ömür arzulayıram”,- deyə o bildirib.

Dövlət Bağçalı fikirlərinə əlavə olaraq mərhum şairimiz Bəxtiyar Vahabzadənin “Azərbaycan, Türkiyə” şerinindən bir hissəni səsləndirib.

Chosen
17
5
sitat.info

6Sources