Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında daha bir azərbaycanlı atlet körpücük üzərinə çıxıb.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyası məlumat yayıb.
Fazilə İmanova 77 kq çəki dərəcəsində iki hərəkətin cəmində 189 kq (84 kq + 105 kq) nəticə göstərib.
Qeyd edək ki, idmançımız yarışı yeddinci pillədə başa vurub.