EN

DSX qəza ilə bağlı paylaşım etdi - FOTO

 

Türkiyə Respublikasına məxsus "C-130" hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində qardaş Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması xəbərini dərin kədər hissi ilə qarşıladıq".

 
Sitat.info xəbər verir ki, Dövlət Sərhəd Xidməti bununla bağlı sosial media hesabında paylaşım edib:
 
"Bu ağır itki ilə bağlı qardaş Türkiyə xalqına və Silahlı Qüvvələrinə dərin hüznlə başsağlığı verir, şəhidlərimizin ailələrinə səbir diləyirik. Azərbaycan və Türkiyə xalqları bir millət, iki dövlət olaraq hər zaman olduğu kimi bu ağır gündə də bir-birinin yanındadır.
 
Allah rəhmət eləsin".
Chosen
39
13
sitat.info

10Sources