EN

Prezident İlham Əliyev Ərdoğana zəng edib

Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefon zəngi edib.

Doğru.az xəbər verir ki, Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, dövlətimizin başçısı Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar Türkiyə Prezidentinə, həlak olmuş hərbçilərin ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib.

Türkiyə Prezidenti zəngə və ifadə olunan başsağlığına görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib.

Telefon danışığı zamanı Azərbaycanın və Türkiyənin aidiyyəti dövlət qurumlarının qəza ilə bağlı əlaqədə olduqları qeyd edilib.

DOĞRU.AZ

Chosen
16
49
dogru.az

10Sources