EN

Əli Əsədov Türkiyə təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Gürcüstan Baş naziri ilə əlaqə saxlayıb

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Baş nazir Əli Əsədov Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarısinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə əlaqə saxlayıb.

Hafta.az xəbər verir ki, Baş nazir Əli Əsədov ölkəmizin qəzanın nəticələrinin aradan qaldırılması, axtarış və xilasetmə tədbirlərinin həyata keçirilməsi üçün bütün lazımi dəstəyi göstərməyə, həmçinin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin müvafiq heyətinin həmin əraziyə göndərməyə və digər lazımi dəstək tədbirlərini görməyə hazır olduğunu bildirib.

Qeyd olunub ki, Gürcüstan tərəfi bu dəstəyə görə təşəkkürünü bildirib, hal-hazırda Gürcüstanın aidiyyəti qurumlarının nümayəndələrinin ərazidə çalışdığını qeyd edib. Söhbət zamanı Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Gürcüstan həmkarları ilə təmasda olduqları vurğulanıb.

Tərəflər faciə ilə əlaqədar təmasların davam etdirilməsini razılaşdırıb.

Chosen
21
29
hafta.az

10Sources