EN

Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) təyyarə qəzası ilə əlaqədar Türkiyəyə başsağlığı verib.

Doğru.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.

“Türkiyəyə istiqamətlənən qardaş Türkiyəyə məxsus “C-130″ tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması xəbəri bizi dərindən sarsıtdı. Bu ağır itki ilə əlaqədar qardaş Türkiyə xalqına və Silahlı Qüvvələrinə dərin hüznlə başsağlığı verir, həlak olanların ailələrinə səbir diləyirik”, – məlumatda qeyd olunub.

Sonda Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğu vurğulanıb.

Qeyd edək ki, bu gün Azərbaycandan havaya qalxan Türkiyəyə məxsus “C-130” hərbi yük təyyarəsi Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb.

DOĞRU.AZ

 

Chosen
10
34
dogru.az

10Sources