EN

Serxio Konseysao “Əl-İttihad”dan ayrıla bilər

Cəmi bir ay əvvəl “Əl-İttihad”ın baş məşqçisi təyin olunan Serxio Konseysao klubdan ayrıla bilər.

 90deqiqe.Az “A Bola”ya istinadən xəbər verir ki, klub rəhbərliyi artıq portuqaliyalı çalışdırıcı ilə yolları ayırmağı düşünür.

Məsələ həm də ondan ibarətdir ki, klub Didye Deşamla işləmək imkanını qaçırmaq istəmir. Dünya çempionatından sonra Fransanın milli komandasını tərk edəcək məşqçi ilə “Əl-İttihad”da iki baş məşqçi eyni anda çalışa bilməz.

Bundan əlavə, klubun nəticələri də ürəkaçan deyil – son vaxtlar “Əl-İttihad” evdə ardıcıl iki məğlubiyyət alıb, “Əl-Hilal” və “Əl-Əli”yə uduzub.

Portuqaliyalı mütəxəssis Loren Blan yerinə gətirilmiş və iki illik müqavilə imzalamışdı.

Chosen
38
90deqiqe.az

1Sources