EN

Qəzaya uğrayan təyyarədə 20 hərbçi olub – RƏSMİ

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan–Gürcüstan sərhədinə yaxın ərazidə qəzaya uğrayan C-130 “Hercules” tipli hərbi nəqliyyat təyyarəsi ilə bağlı yeni açıqlama yayıb.

Modern.az-ın məlumatına gorə, Nazirlikdən bildirilir ki, hadisə zamanı təyyarədə uçuş heyəti ilə birlikdə 20 hərbi qulluqçu olub.

Hazırda qəza yerində Türkiyə, Azərbaycan və Gürcüstan axtarış-xilasetmə qrupları birgə fəaliyyət göstərir.

Xatırladaq ki, Gəncədən havaya qalxan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 təyyarəsi bu gün Gürcüstan ərazisində rabitə əlaqəsini itirib və qısa müddət sonra sərhədyanı dağlıq ərazidə yerə çırpılıb.

Hadisənin səbəbləri araşdırılır, Milli Müdafiə Nazirliyi istintaqın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəyini açıqlayıb.

Chosen
28
3
modern.az

10Sources