EN

Gürcüstan Hava Naviqasiya Xidməti: Türkiyə təyyarəsi həyəcan siqnalı vermədən radarlardan itib

Gürcüstan ərazisini keçdikdən bir neçə dəqiqə sonra Türkiyəyə məxsus “C-130” tipli hərbi təyyarə həyəcan siqnalı vermədən Gürcüstan Hava Naviqasiya Xidmətinin (GASA) radarlarından itib.

Bu barədə məlumatı ölkənin Hava Naviqasiya Xidməti yayıb.

Qurumun açıqlamasına görə, təyyarə ilə əlaqə qəfil kəsilib və hadisədən dərhal sonra müəyyən olunmuş protokollara əsasən axtarış-xilasetmə əməliyyatlarına başlanılıb.

“Gürcüstan ərazisini keçdikdən bir neçə dəqiqə sonra Türkiyənin “C-130″ təyyarəsi həyəcan siqnalı vermədən radarlarımızdan itib. Hadisədən sonra Gürcüstan Hava Naviqasiya Xidməti tərəfindən müəyyən edilmiş axtarış-xilasetmə tədbirləri həyata keçirilməyə başlanıb”, – məlumatda qeyd olunur/”Report”

Chosen
21
14
interpress.az

10Sources