EN

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

Bakı. Trend:

Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanazəng edib.

Trend xəbər verir ki,dövlətimizin başçısı Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbiyük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədarTürkiyə Respublikasının Prezidentinə, həlak olmuş hərbçilərinailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznləbaşsağlığı verib.

Türkiyə Respublikasının Prezidenti telefon zənginə və ifadəedilmiş başsağlığına görə Azərbaycan Respublikasının Prezidentinətəşəkkürünü bildirib.

Telefon danışığı zamanı Azərbaycanın və Türkiyənin aidiyyətidövlət qurumlarının qəza ilə əlaqədar təmasda olduqları qeydedilib.

Chosen
18
49
az.trend.az

10Sources