EN

Türkiyənin hərbi yük təyyarəsi Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb

Türkiyənin hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması faktı ilə bağlı ölkənin daxili işlər naziri Ali Yerlikaya rəsmi "X" hesabında paylaşım edib.

BAKU.WS xəbər verir ki, onun paylaşımında deyilir:

"Azərbaycan­dan ölkəmizə gəlməkdə olan Müdafiə Nazirliyimizə məxsus C130 tipli hərbi yük təyyarəmizin Gürcüstan–Azərbaycan sərhədində qəzaya uğraması xəbərini dərin kədər hissi ilə öyrəndim.

Axtarış-xilasetmə işləri davam edir. Gürcüstanın daxili işlər naziri cənab Gela Geladze ilə telefonla danışdım. Cənab nazir də hadisə yerinə yola düşüb.

Əziz millətimizə keçmiş olsun".

***16:45

Azərbaycandan qalxdığı bildirilən Türkiyənin C-130 hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan və Gürcüstanın müvafiq strukturları ilə koordinasiyalı şəkildə axtarış-xilasetmə işlərinə başlanılıb.

Chosen
75
37
far.az

10Sources