EN

“C 130” təyyarəsinin özəllikləri Hərbi nəqliyyatın bel sütunu

ain.az bildirir, Bakupost saytına əsaslanaraq.

Azərbaycandan Türkiyəyə uçan “C-130” tipli hərbi-nəqliyyat təyyarəsi Gürcüstan–Azərbaycan sərhədi üzərində qəzaya uğrayıb. Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bakupost.az xəbər verir ki, nazirliyin açıqlamasında bildirilib:“Azərbaycandan ölkəmizə gəlmək üçün havaya qalxan bir “C-130” hərbi yük təyyarəmiz Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb. Axtarış-xilasetmə əməliyyatına Azərbaycan və Gürcüstan tərəfləri ilə koordinasiyalı şəkildə başlanılıb”.Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

“C-130 Hercules” – hərbi nəqliyyat aviasiyasının “bel sütunu”“Lockheed C-130 Hercules” ABŞ-nin “Lockheed Martin” şirkəti tərəfindən istehsal olunan, dörd turboprop mühərrikə malik çoxməqsədli hərbi yük təyyarəsidir.Təyyarə torpaq zolaqlara enib və qalxa edə bilməsi üçün hazırlanıb. O, hərbi yüklərin, şəxsi heyətin daşınması, tibbi və humanitar təxliyə məqsədləri üçün istifadə olunur.1954-cü ildən bəri istehsal edilən bu modelin 2 500-dən artıq nüsxəsi hazırlanıb və hazırda 60-dan çox ölkənin – o cümlədən ABŞ, Kanada, Avstraliya və Türkiyənin hərbi hava qüvvələrinin arsenalında yer alır.Türkiyə Hərbi Hava Qüvvələri “C-130” təyyarələrini 1963-cü ildən istifadə edir.

Texniki göstəricilər və üstünlüklərDaşıma gücü: 74 tam təchizatlı əsgər və ya müxtəlif ölçülü texnika.Daşıya biləcəyi yeklər: Zirehli texnika, helikopter, konteynerlər.Hava əməliyyatları: 9 tonadək yükü havadan atmaq və ya çətin relyefə malik sahələrə enmək mümkündür.Çoxfunksiyalı modul sistem: Təyyarə qısa zamanda yük, tibbi təxliyə və ya desant əməliyyatları üçün idealdır.

“C-130J” – ən son model“C-130J” və “C-130J-30” modelləri seriyanın ən müasir versiyaları hesab olunur. Bu təyyarələr – tam rəqəmsal aviotexniki sistem, iki pilotlu uçuş kabinəsi, GPS və ətalət naviqasiya sistemləri, altı qanadlı kompozit pərlər, rəqəmsal avtopilot və müdafiə sistemləri ilə təchiz olunub.Yeni model əvvəlkilərlə müqayisədə daha sürətli, daha yüksək məsafəli və daha qısa eniş-qalxış məsafəsinə malikdir.“C-130 Hercules” bu gün dünyanın ən çox istifadə olunan hərbi-nəqliyyat təyyarələrindən biri olaraq qalır və müasir hərbi əməliyyatların onurğa sütunu hesab olunur.

Cavid, BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
81
1
www.bakupost.az

2Sources