EN

Türkiyədə körpü çöküb, ölənlər var

Türkiyənin Diyarbəkir vilayətində tikilməkdə olan körpünün taxta konstruksiyası çöküb.

Xezerxeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, dağıntılar altında qalan işçilərin çıxarılması üçün əməliyyata başlanılıb.

Məlumata görə, hadisə zamanı ağır yaralanan dörd işçi xəstəxanaya aparılıb. Xəstəxanaya aparılan və dağıntılar altından çıxarılan işçilərdən 3-ü ölüb, 2-si isə yaralıdır.

Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

Chosen
18
8
xezerxeber.az

9Sources