EN

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub – Ölən var


Bakı şəhərinin Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Yeniavaz.com
xəbər verir ki, bu haqda FHN məlumat yayıb.
Bildirilib ki, binanın 5-ci mərtəbəsində ümumi sahəsi 75 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² və mətbəxin lambirdən ibarət tavanı 4 m² sahədə yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Chosen
16
41
yeniavaz.com

10Sources