Azərbaycan millisinin noyabrın 13-də İslandiya yığması ilə Bakıda keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.
Bizim.Media AFFA-nın saytına istinadən xəbər verir ki, 8-ci km qəsəbə stadionunda təşkil olunacaq görüşü Monteneqro və Serbiyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim monteneqrolu Nikola Dabanoviç olacaq. Ona yan xətt hakimləri kimi Vladan Todoroviç və Srcan Yovanoviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Miloş Boşkoviç yerinə yetirəcək.
VAR isə serbiyalı Momçilo Markoviçlə Aleksandar Jivkoviç-ə həvalə olunub.
Rəşad Rafiqoğlu, Bizim.Media