
Türkiyənin Diyarbəkir vilayətində tikilməkdə olan körpü çöküb.
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, dağıntılar altında qalan işçilərin çıxarılması üçün əməliyyata başlanılıb.
Məlumata görə, hadisə zamanı ağır yaralanan dörd işçi xəstəxanaya aparılıb. Xəstəxanaya aparılan və dağıntılar altından çıxarılan işçilərdən 3-ü ölüb, 2-si isə yaralanıb.
Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.