EN

"Qarabağ”ın futbolçusu Polşa millisinə çağırıldı

UEFA Çempionlar Liqasında uğurlu çıxışı ilə diqqət çəkən “Qarabağ”ın qapıçısı Mateuş Koxalski ilk dəfə rəsmi oyunlar üçün Polşa milli komandasına dəvət edilib. SİA xəbər verir ki, baş məşqçi Yan Urban Ağdam klubunun qolkiperini DÇ-2026-nın seçmə mərhələ matçları öncəsi sərəncamına alıb.

25 yaşlı qapıçı Niderland və Malta seçmələri ilə qarşılaşmalarda əsas komandada yer alacaq. Polşalılar noyabrın 14-də evdə Niderland, 17-də isə səfərdə Malta futbolçuları ilə üz-üzə gələcəklər.

Xatırladaq ki, Koxalski bir neçə ay əvvəl yoxlama görüşlərində yığmaya çağırılsa da, debüt şansı qazanmamışdı.

Chosen
12
5
sia.az

6Sources