EN

NBA-da keçirilən qarşılaşmada dramatik sonluq - VİDEO

Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm çempionat oyunundan “Orlando” klubunun müdafiəçisi Desmond Beyn “Portlend”lə qarşılaşmada həlledici atışla komandasına qələbə qazandırıb.

İdman.Biz bu barədə Sports.ru-ya istinadən xəbər verir ki, “Orlando” - “Portlend” oyunu 115:112 hesabı ilə başa çatıb.

D. Beyn son saniyələrdə rəqibin sıx müdafiəsinə baxmayaraq, çətin üçxallıq zərbə ilə hesabı komandasının xeyrinə dəyişib.

27 yaşlı basketbolçu görüşü 22 xal, üç ribaund və yeddi asistlə tamamlayıb. O, 33 dəqiqə meydanda olub, 19 zərbədən doqquzunu dəqiq yerinə yetirib. Qələbəni gətirən “üçlük” isə onun uzaq məsafədən yeganə dəqiq atışı olub (1/6).

İdman.Biz

Chosen
17
1
idman.biz

2Sources