EN

Sumqayıtda sahibkarla qadın qonşusu arasında "qapı davası" -Məhkəmə qərarı

Sumqayıtda "Range-Rover" markalı avtomobilini qonşusunun qapısının qarşısında saxlayan sahibkar saxlanılıb.

Redaktor.az qaynarinfo-ya istinadən xəbər verir ki, 1965-ci il təvəllüdlü fərdi sahibkar Yadulla Cəfərov (soyad şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb. 

Məlum olub ki, Yadulla "Range-Rover" markalı avtomobilini A.A. adlı xanım qonşusunun evinin qapısının qarşısında saxlayıb. A.A ona dəfələrlə avtomobilini orda saxlamamağı tövsiyyə edib, lakin Yadulla buna əhəmiyyət verməyib. 

Sonda zərərçəkmiş qadınla Yədulla arasında mübahisə yaranıb. Nəticədə A.A polisə şikayət edib.

Məhkəmədə zərərçəkmiş qadın barəsində inzibati protokol tərtib olunmuş şəxslə barışmadığını və şikayətçi olduğunu bildirib. 

Məhkəmənin hökmü ilə Yadulla İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinib və 100 manat cərimə edilib. 

Chosen
27
2
redaktor.az

3Sources