Bu ilin yanvar-sentyabr ayları ərzində 61 qaçqın sığınacaq almaq üçün Azərbaycana gəlib.
"Report"un əldə etdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,8 % çoxdur.
Bundan əlavə, "Qaçqın Konvensiyasına" əsasən, "qaçqın" statusu alan 293 nəfər Azərbaycana gəlib. Bu isə əvvəlki ilin müvafiq ayları ilə müqayisədə 33,2 % çoxdur.
Həmçinin, dövr ərzində heç bir vətəndaşlığı olmayan 617 nəfər Azərbaycana gəlib. Bu isə 2024-cü ilin 9 ayı ilə müqayisədə 29,4 % azdır.