EN

Fərhad Əhmədovun şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu

Azərbaycan əsilli iş adamı Fərhad Əhmədova məxsus, atası Teymur Əhmədovun adını daşıyan "Aznar” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti dayandırılıb.

Bu haqda "Unikal”a QSC-dən bildirilib. Qeyd olunub ki, 2025-ci il 16 oktyabr tarixindən etibarən Göyçay Rayon Məhkəməsi və İcra Şöbəsi müəssisənin istehsalat fəaliyyəti dayandırılıb, zavodun əmlakı üzərinə həbs qoyulub.

Qeyd edilib ki, sözügedən tədbirlər "QARAÇAY” Fermer Şirkəti ilə "KƏND” MMC arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli bir neçə podrat müqaviləsindən (QAR-70-1/12-2019, QAR-70-2/12-2019 və s.) irəli gələn mülki-hüquqi mübahisə ilə bağlı görülüb.

Həmçinin bildirilib ki, "AZNAR" QSC-nin bağlanması nəticəsində müəssisəyə  5 875 200 AZN məbləğində potensial iqtisadi itki yaranıb.
 
Chosen
20
12
7news.az

10Sources