İranlı aktyor Homayun Ərşadi vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə İran Kino Evi məlumat yayıb.
Məlumata görə, o, xərçəng xəstəliyindən əzuyyət çəkirdi.
Aktyor daha çox rejissor Abbas Kiarostaminin 1997-ci ildə çəkdiyi “Albalı dadı” filmi ilə məşhurlaşıb. Homayun Ərşadi, həmçinin, “Beşinci reaksiya”, “Çərpələng uçuran” və “Armud ağacı” kimi məşhur filmlərdə rol alıb.
Homayun Ərşadi Venesiya Film Festivalında aktyorluq kateqoriyasında “Mavi silsilə” Fondunun mükafatını qazanıb, həmçinin İran və ABŞ-da bir neçə film mükafatına namizəd göstərilib.
Bizim.Media