EN

Akira Kurosavanın ulduzu Tatsuya Nakadai 92 yaşında vəfat edib

Məşhur yapon aktyor, dünya kinosunun əfsanəvi simalarından biri Tatsuya Nakadai 92 yaşında dünyasını dəyişib.

Editor.az xəbər verir ki, bu barədə The Guardian nəşri məlumat yayıb.

Məlumata görə, aktyor Tokiodakı xəstəxanada sətəlcəmdən vəfat edib.

Tatsuya Nakadai “Cənnət və Cəhənnəm”, “Mühafizəçi”, “Cəsur samuray” kimi bir çox klassik filmlərdə rol alaraq rejissor Akira Kurosavanın ən sevilən aktyorlarından biri kimi tanınıb.

Nakadai həmçinin Mikio Naruse, Masaki Kobayashi, Masahiro Shinoda, Kon Ichikawa və Hiroşi Teshigahara kimi tanınmış yapon rejissorlarının filmlərində də çəkilib.

Aktyor beynəlxalq miqyasda xüsusilə Akira Kurosavanın 1985-ci ildə çəkdiyi “Ran” adlı epik filmi ilə tanınıb. Şekspirin “Kral Lir” əsərindən ilhamlanan bu ekran işində Nakadai sərkərdə Hidetora İçimonji obrazını canlandırıb. Məhz bu film Kurosavaya “Ən yaxşı rejissor” nominasiyasında yeganə “Oskar” (Akademiya Mükafatı) namizədliyini qazandırıb.

2015-ci ildə Tatsuya Nakadai incəsənət və elm sahəsində xidmətlərinə görə Yaponiyanın ən yüksək dövlət mükafatı – “Mədəniyyət” ordeni ilə təltif olunub.

O, ömrünün son illərinə qədər səhnədə çıxış etməyə davam edib.

//Gülnarə Abasova, Editor.az

Chosen
40
editor.az

1Sources