EN

Ətin qiyməti ucuzlaşıb?

Son günlər bölgələrdə ətin qiymətində ucuzlaşmasının olması ilə bağlı xəbərlər yayılıb. Yayılan dabaq xəstəliyindən sonra ətin qiymətinin ortalama 2 manat ucuzlaşdığı bildirilir.

Ucnoqta.az xəbər verir ki, Milli.Az-ın apardığı bazar araşdırmasına əsasən sözügedən fakt öz təsdiqini tapmayıb. Hansısa rayonda bir qəssab əti 2 manat ucuz sata bilər, amma bu ümumi bazarda qiymətin ucuzlaşmasına təsir etmir.

Apardığımız araşdırma nəticəsində məlum oldu ki, hazırda supermarketlərdə ətin qiymətində heç bir dəyişiklik baş verməyib, dana əti 17-25 manat aralığında dəyişir.

Paytaxt Bakıda yerləşən bazarlarda da ətin qiymətind azalma yoxdur. Daha ətinin bir kiloqramı 18-20 manata təklif olunur. 

Əvəzində ölkəyə idxal edilən ətin qiyməti daha aşağıdır. Yerli fermerlərin tezliklə rəqabətə davam gətirmək üçün qiymətləri aşağı salmasını gözləmək olar. 

Chosen
19
5
ucnoqta.az

6Sources