EN

Çoban itinin öldürdüyü kişi ötən il də hücuma məruz qalıbmış - TƏFƏRRÜAT

Çoban iti 83 yaşlı kişini boğaraq öldürüb. Hadisə Balakən rayonunun Mahamalar kəndində baş verib.

Kənd sakini, 83 yaşlı Məhəmməd Qadalov oğlu Atayev çoban itin hücumuna məruz qalıb. İt kişinin üstünə hücum edərək onu öldürüb.

Modern.az hadisə ilə bağlı bir sıra təfərrüatlar əldə edib.

Məlumata görə, hadisə kənd ərazisində yerləşən meşəlik ərazidə baş verib. Məhəmməd Qadalovun həmin ərazidə pay torpağı olub və tez-tez ora gedirmiş.

Mərhum ötən il də eyni ərazidə itlərin hücumuna məruz qalıb. Bu dəfə kişi itə müqavimət göstərə bilməyib. Çoban iti onu yerə yıxıb və boğaz nahiyəsindən dişləyib. Nəticədə Məhəmməd Atayev hadisə yerindəcə boğularaq ölüb.

 

Chosen
81
3
modern.az

4Sources