EN

Məşhur müğənninin sirli ölümü ilə bağlı 3 ŞOK TAPŞIRIQ - Baş Prokurorluq HƏRƏKƏTƏ KEÇDİ (FOTO)

Sentyabrın 26-da Yalovanın Çınarcık məhəlləsində 5-ci mərtəbədəki mənzilinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən sənətçi Güllünün (Gül Tut) ölümü ilə bağlı istintaq dərinləşir.

Musavat.com xəbər verir ki, hadisə gecəsinə aid kamera görüntüləri və səs yazıları üzərində hərtərəfli analizlər aparılır.

Yalova Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində hadisə gecəsinə aid təhlükəsizlik kamerası görüntüləri daha əvvəl Bursa Məhkəmə-Tibbi Ekspertiza İnstitutuna və Polis Kriminalistika İdarəsinə göndərilmişdi. Hər iki qurum görüntülər üzərində səs və hərəkət analizi, vaxt sinxronizasiyası, eləcə də kənar müdaxilə və ya itələnmə ehtimalı istiqamətində geniş araşdırma aparır.

GULU.jpg

Əlavə olaraq, Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasına (TÜBİTAK) 3 mühüm tapşırıq göndərilib:

- Səs yazılarının keyfiyyətinin artırılması,

- Səslərin müqayisə olunaraq kimə məxsus olduğunun müəyyənləşdirilməsi,

- Danışıqların detallı şəkildə analiz edilərək tam mətninin hazırlanıb hesabat şəklində Baş Prokurorluğa təqdim olunması.

Bu tapşırıqların yerinə yetirilməsindən sonra Güllünün ölüm səbəbi və hadisənin təfərrüatları barədə istintaqa daha dəqiq nəticələrin daxil olacağı gözlənilir.

Musavat.com

Chosen
48
2
musavat.com

3Sources