EN

Mançester Yunayted Old Trafford un qapılarını evsizlərə açdı

Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İngiltərə nəhəngi ''Mançester Yunayted''in nəticələri ürəkaçan olmasa da, komanda bu günlərdə örnək bir davranış nümayiş etdirərək böyük alqış qazanıb. Belə ki, manikunianlar öz tarixi stadionları olan ''Old Trafford''un qapılarını axşam vaxtlarında kimsəsiz və evsiz insanlara açmaq qərarına gəliblər. İngiltərədə bu aralar havalar çox soyuq keçir. Gecələr temperatur sıfırdan aşağı düşür. Klub rəhbərliyi də bunu nəzərə alaraq sosial dəstək layihəsi çərçivəsində bu cür addım atmaq qərarına gəlib. Bundan sonra hər gün hava qaraldıqdan sonra stadionun qapıları evsiz insanlara açılacaq. Onlar eyni zamanda isti yemək və lazımi məhsullarla təmin ediləcək. İlk vaxtlarda bu layihəyə ''Yunayted''in sabiq üzvləri - Ues Braun, Fil Cons və Maykl Karrik də dəstək verəcək. ''Yunayted'' öz saytında bununla bağlı xəbəri ''hər insanın isti dam altında yaşamağa haqqı var'' başlığı ilə paylaşıb. Qış aylarının sonuna qədər davam edəcəyi gözlənilən bu layihə ölkədə çox müsbət qarşılanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
1
icma.az

2Sources